Modern.az

"Skype” gələn həftə bağlanır

"Skype” gələn həftə bağlanır

Dünya

1 May 2025, 23:33

"Skype” platforması mayın 5-də bağlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.

 

“Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz”, - şirkətdən bildirilib.

 

Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.

 

Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə “Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət “Skype”a bənzər “Teams” platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər