Modern.az

“Hayastan” fraksiyası Paşinyanın impiçmentini istəyir

“Hayastan” fraksiyası Paşinyanın impiçmentini istəyir

Dünya

2 May 2025, 12:35

Ermənistan parlamentinin “Hayastan” fraksiyası baş nazir Nikol Paşinyanın impinçmentinə dair bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, “Hayastan” fraksiyası hər zaman Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün istənilən mümkün mexanizmdən istifadə edilməsinin tərəfdarı olub.
“Hayastan” hesab edir ki, Paşinyanın hakimiyyətdən getməsi dövlət və xalq üçün həyati əhəmiyyət kəsb edir.

Bəyanatda bildirlib ki, hazırkı baş nazirə etimadsızlıq göstərilməsi məsələsinə parlamentdə o halda baxıla bilər ki, prosesə başlamaq üçün azı 36 deputat təşəbbüsü imzalasın. Təşəbbüsün uğur qazanması üçün ən azı 54 səs lazımdır ki, bu da parlamentdə sadə səs çoxluğudur.

“Küçələrdə güclü xalq təzyiqi olmadan impiçment prosesinin uğur qazanması üçün lazım olan 20 səsi təmin etmək mümkün deyil. Üstəlik, belə təzyiqlərlə belə, lazımi sayda səsin təmin olunacağına tam təminat yoxdur”.

“Hayastan” hesab edir ki, Paşinyana qarşı uğur əldə etmək üçün lazım olan kütləvi etiraz hərəkatını səfərbər etmək hələ ki mümkün deyil.

Xatırladaq ki, mMüxalifyönlü erməni fəalları birləşdirən “Oyan” hərəkatı 10 gün ərzində baş nazir Nikol Paşinyana etimadsızlıq (impiçment) prosesinə başlamaq təklifi ilə parlamentin bütün deputatlarına fərdi məktublarla müraciət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!