Modern.az

İranın XİN rəhbəri Pakistan və Hindistana GEDƏCƏK

İranın XİN rəhbəri Pakistan və Hindistana GEDƏCƏK

Dünya

4 May 2025, 09:19

İranın xarici işlər naziri Abbas Əraqçi iki ölkə arasında gərginliyin artması fonunda gələn həftə Pakistan və Hindistana rəsmi səfərə gedəcək.

 

Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Bazar ertəsi, mayın 5-də Əraqçi Pakistana səfər edəcək, orada ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, onlarla ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək. Bundan sonra o, Hindistana gedəcək.

 

Aprelin 25-də İranın xarici işlər naziri bəyan edib ki, İslam Respublikası hazırkı vəziyyətdə Hindistan və Pakistana qarşılıqlı anlaşma tapmağa kömək etməyə hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU