Modern.az

PKK fəaliyyətini dayandırır - Tarix AÇIQLANDI

PKK fəaliyyətini dayandırır - Tarix AÇIQLANDI

Dünya

4 May 2025, 20:21

PKK terror təşkilatı gələn həftə fəaliyyətini tam dayandıra bilər.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, terror təşkilatı özünü buraxmaq məqsədilə konqres keçirəcək və gələn həftə ərzində qərar açıqlanacaq.

Məlumata görə, PKK-nın özünü buraxması və silahı yerə qoyması ilə bağlı qərar 5 və ya 6 may tarixlərində ictimaiyyətə açıqlana bilər.

Qeyd edək ki, hökumətin "Terrorsuz Türkiyə" strategiyası çərçivəsində yeni proses başladılıb. PKK lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa çağırıb.

Türkiyə mətbuatı yazır ki, terror təşkilatın müxtəlif ölkələrdəki (xüsusilə Suriya və İraqdakı) strukturları arasında da koordinasiya tamamlanıb və əsas qərar artıq qəbul olunmaq üzrədir.

Bu qərarın ardınca hökumətin bəzi hüquqi və inzibati dəyişikliklərə hazırlaşdığı iddia edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!