Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib.
O, səfərin dəqiq tarixini açıqlamayıb.
“Səfər yaxın vaxta planlaşdırılıb, biz hələlik konkret tarixi açıqlamırıq, bunu səfərə yaxın elan edəcəyik”, - deyə Badalyan qeyd edib.