Modern.az

Tarixi şəhəri su basdı - Ölənlər var

Tarixi şəhəri su basdı - Ölənlər var

Dünya

5 May 2025, 19:56

İordaniyada tarixi Petra abidələrinin yerləşdiyi məkan gözlənilmədən sel sularına məruz qalıb. Hadisə zamanı orada olan 1800-ə yaxın xarici turist təxliyə edilib. Nəticədə əraziyə giriş müvəqqəti olaraq dayandırılıb.

 

Modern.az xəbər verir ki, bazar günü axşamdan ölkənin cənub vilayətlərinə yağan leysan yağışları nəticəsində vadilərdə sellər yaranıb.

 

Təbii fəlakət nəticəsində paytaxt Əmmandan 205 kilometr cənubda Petra abidələrinin yerləşdiyi Şobək vilayətində iki belçikalı turist - ana və oğlu itkin düşüb. Turistlərin cansız bədənləri uzun axtarışdan sonra bu gün tapılıb.

 

Qayalarda oyulmuş tikililəri ilə məşhur olan Petra şəhəri Əmmandan 225 kilometr cənubda yerləşir. Şəhər qədim Nəbatilər dövlətinin paytaxtı kimi eramızdan əvvəl 312-ci ildə inşa edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU