Moskvada keçiriləcək 9 May Qələbə paradında 29 xarici ölkə lideri iştirak edəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Uşakov siyahını da açıqlayıb. Rusiyaya gedəcək liderlər aşağıdakı ölkələri təmsil edəcəklər:
Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya.
Bildirilib ki, parada Cənubi Osetiya və Abxaziya kimi separatçı "dövlətlər"in də liderləri qatılacaq.