Modern.az

Şahbaz Şərif təcili iclas çağırdı

Şahbaz Şərif təcili iclas çağırdı

Dünya

7 May 2025, 11:18

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

İclasda həmçinin Nazirlər Kabinetinin üzvləri və ordunun rəhbər heyəti iştirak edir.

İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.

Daha əvvəl Ş.Şərif bildirmişdi ki, Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və cavab artıq verilib.

Xatırladaq ki, Hindistan Silahlı Qüvvələrinin Pakistanda mülki infrastruktura endirdiyi silsilə zərbələr nəticəsində ən azı 26 pakistanlı həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər