Modern.az

PKK qurultay keçirdi - Tarixi qərar VERİLDİ

PKK qurultay keçirdi - Tarixi qərar VERİLDİ

Dünya

9 May 2025, 16:17

PKK terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib.

Modern.az xəbər verir ki, bu barədə PKK-ya yaxın olduğu bildirilən "Fırat" informasiya agentliyi məlumat yayıb. 

Abdullah Öcalanın çağırışı əsasında "tarixi əhəmiyyətə malik qərarlar" qəbul edildiyi bildirilib.

Qərarların detallı məlumat və sənədlərlə birlikdə yaxın vaxtlarda ictimaiyyətlə açıqlanacağı qeyd olunub.

Qurultayın “bütün fəaliyyət sahələrini təmsil edən nümayəndələrlə iki fərqli məkanda paralel şəkildə keçirildiyi” vurğulanıb. 

DEM Partiyasının sözçüsü Ayşegül Doğan bildirib ki, tarixi qərar gözlənilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər