Modern.az

PKK-nın ləğvi an məsələsidir

PKK-nın ləğvi an məsələsidir

Dünya

9 May 2025, 14:56

PKK terror təşkilatının ləğvi ilə bağlı qurultay tezliklə keçirilə bilər.

Modern.az xəbər verir ki, bunu Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının sözçüsü Ayşegül Doğan deyib.

O qeyd edib ki, PKK-nın qurultay çağırması an məsələsidir.

"Biz üzərimizə düşən vəzifələri əzmlə yerinə yetiririk. Bu tarixi addıma xüsusi əhəmiyyət veririk”, - Ayşegül Doğan bildirib.

Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də rəhbərlik etdiyi PKK-nı özünü buraxmağa və tərksilah olmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər