Modern.az

"Google" 1,4 milyard dollar cərimələndi

"Google" 1,4 milyard dollar cərimələndi

Dünya

12 May 2025, 08:59

"Google" şirkəti Texas ştatına istifadəçi məlumatlarının məxfilik qaydalarının pozulması iddialarının həlli çərçivəsində 1,375 milyard dollar cərimə ödəməyə razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

 

2022-ci ildə Texas Baş Prokurorluğu "Google"a qarşı istifadəçilərin şəxsi məlumatlarının qanunsuz şəkildə izlənilməsi və toplanması ittihamı ilə iki iddia qaldırıb.

 

1,375 milyard dollar məbləğində cərimə "Google"un ABŞ-nin fərdi ştatına məxfilik pozuntuları ilə bağlı ödədiyi ən böyük məbləğdir. Əvvəlki rekord isə 93 milyon dollar təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!