Modern.az

Zelenski yeni Roma Papası ilə danışdı

Zelenski yeni Roma Papası ilə danışdı

Dünya

12 May 2025, 16:12

Ukrayna prezidenti Vladimir Zelenski Roma Papası XIV Leo ilə danışıb.

Modern.az xəbər verir ki, prezident bu barədə Telegram kanalında yazıb: "Bu, bizim ilk söhbətimiz olsa da, çox isti və həqiqətən məzmunlu idi".

Zelenski pontifiklə ədalətli sülhə nail olmağı, əsirlərin azad edilməsi və ukraynalı uşaqların evlərinə qaytarılmasının vacibliyini müzakirə edib. Roma Papası Zelenski ilə şəxsi görüşü planlaşdırmağa razılaşıb.

Zelenski həmçinin XIV Leonu Ukraynaya apostol səfərinə dəvət edib. Zelenski yazıb: “Belə bir səfər bütün dindarlara, bütün xalqımıza əsl ümid bəxş edərdi”.

XIV Leo hələ kardinal olanda Ukraynadakı müharibəni “imperialist xarakterli işğal” adlandırırdı.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər