Modern.az

Ərdoğan Zelenski ilə danışıqlar apardı

Ərdoğan Zelenski ilə danışıqlar apardı

Dünya

12 May 2025, 21:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

 

O qeyd edib ki, Ankara sülh üçün danışıqlarda rolunu oynamağa davam edəcək. Onun sözlərinə görə, sülh üçün yeni bir qapı açılır və bu fürsətdən istifadə etmək lazımdır.

 

Ərdoğan, ABŞ Prezidenti Donald Trampın qaynar münaqişələrin dialoq və diplomatiya yolu ilə həll etmək səylərini dəstəklədiyini də vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu