Modern.az

Hakan Fidan Lavrovla Ukraynanı müzakirə etdi

Hakan Fidan Lavrovla Ukraynanı müzakirə etdi

Dünya

13 May 2025, 00:08

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, nazirlər Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə ediblər.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib ki, söhbət zamanı Rusiya və Ukrayna arasında sülhün bərqərar edilməsi səyləri ilə bağlı məsələlər müzakirə olunub.

Mayın 12-də Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə söhbətində də Ukrayna nizamlanması məsələsini qaldırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər