Modern.az

İstanbulda ZƏLZƏLƏ

İstanbulda ZƏLZƏLƏ

Dünya

13 May 2025, 09:00

İstanbul sahilində 4,1 maqnitudalı zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində baş verib. Yerli vaxtla 07:18-də qeydə alınmış zəlzələnin ocağı 13,6 km dərinlikdə yerləşib. Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi isə zəlzələ maqnitudasının 3,8 olduğunu açıqlayıb. Agentliyə görə, seysmoloji hadisənin episentri şəhərin Büyükçekmece rayonunda 20 km cənubda yerləşib, ocağı isə 6,84 km dərinlikdə olub. 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər