Modern.az

Tramp Suriya prezidenti ilə görüşə bilər

Tramp Suriya prezidenti ilə görüşə bilər

Dünya

13 May 2025, 19:39

Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şəraa mayın 14-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti yazıb.

 

Nəşrin Suriya XİN-dəki mənbəsinin sözlərinə görə, Ər-Riyad Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti çərçivəsində Tramp və əş-Şəraa arasında 45 dəqiqəlik görüş keçirməyi təklif edib.

 

Qeyd olunub ki, ABŞ lideri Dəməşqdəki yeni administrasiya başçısını "dinləməyə razılaşıb", lakin ABŞ hələ rəsmi olaraq görüşü təsdiqləməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər