Modern.az

Daha bir təyyarə QƏZASI

Daha bir təyyarə QƏZASI

Dünya

14 May 2025, 21:55

Çadda Zakouma Milli Parkında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Journal du Tchad” informasiya portalı məlumat yayıb.

 

Qeyd olunub ki, insident kərgədanların izlənilməsi zamanı baş verib. Təyyarə yaxınlıqdakı heyvanı aşkar etmək üçün manevr edərkən qəzaya uğrayıb.

 

Təyyarədə iki nəfər olub, hər ikisi ölüb. Onlardan biri Cənubi Afrikadan olan pilot, digəri isə qoruğun əməkdaşı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər