Modern.az

Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı

Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı

Dünya

14 May 2025, 22:45

Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.

 

Modern.az-ın məlumatına görə, həmçinin iki ölkə arasında ümumi dəyəri 243,5 milyard dollardan çox olan iqtisadi müqavilələrə imza atılıb. Bu çərçivədə

 

Qətər ABŞ istehsalçısı “Boeing”dən “Qatar Airways” üçün 200 milyard dollar dəyərində 160 təyyarə alacaq.

 

Həmçinin müqaviləyə əsasən Qətər və ABŞ arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq daha da gücləndirilir. “Raytheon” şirkəti ilə imzalanan bir milyard dollarlıq razılaşma Qətəri pilotsuz uçuş aparatları, “General Atomics” ilə bağlanmış 2 milyard dollarlıq müqavilə isə MQ-9B pilotsuz uçuş aparatları ilə təmin edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu