Modern.az

Ərdoğan Rusiya-Ukrayna danışıqlarına qatılmayacaq

Ərdoğan Rusiya-Ukrayna danışıqlarına qatılmayacaq

15 May 2025, 11:02

Bu gün İstanbulda danışıq aparacaq Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşlərdə iştirak etmək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın planında deyil. Türkiyə liderinin proqramı paytaxt Ankarada keçiriləcək tədbirlər cədvəlinə uyğun planlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti”nin məlumatında bildirilib.

Rusiya və Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqların Rusiya prezidenti Vladimir Putinin təklifi ilə cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılır. Danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Məlumata görə, Ərdoğan planlaşdırılan danışıqlar fonunda Türkiyə paytaxtına gəlişi gözlənilən Vladimir Zelenskini cümə axşamı Ankaradakı iqamətgahında qəbul edəcək.

Türkiyə liderinin həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (Ak partiya) konqres mərkəzində və Türkiyə Ticarət və Sənaye Palataları Birliyində (TOBB) tədbirlər keçirməsi planlaşdırılır.

Göründüyü kimi, Türkiyə liderinin cümə axşamı planlaşdırdığı bütün tədbirləri Ankarada baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər