Modern.az

Sabah İstanbula gedə bilərəm - TRAMP

Sabah İstanbula gedə bilərəm - TRAMP

15 May 2025, 11:28

ABŞ prezidenti Donald Tramp İstanbula uçmağa və lazım gələrsə, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.

Modern.az bu barədə AFP-yə istinadən xəbər verir.

"Bilirsiniz, əgər bir şey olarsa, mən cümə günü gedəcəyəm", - Donald Tramp Qətərdə jurnalistlərə deyib. O, Rusiya nümayəndə heyətinin prezident Vladimir Putinsiz danışıqlar üçün İstanbula gəlməsi ilə bağlı şərhə belə cavab verib.

ABŞ Dövlət Departamentinin katibi Marko Rubio isə bildirib ki, prezident münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan istənilən mexanizmə açıqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu