Modern.az

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

Dünya

15 May 2025, 16:52

Türkiyənin Konya şəhərində 5,2 maqnitudalı zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb. 

Bildirilib ki, zəlzələ paytaxt Ankara və ətraf bölgələrdə də hiss edilib.

Bununla yanaşı, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında zəlzələ ilə bağlı paylaşım edib. 

Onun sözlərinə görə, hazırda AFAD və digər müvafiq qurumların əməkdaşları ərazilərdə araşdırmalara başlayıb. Yerlikaya bildirib ki, hələ ki dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.

***

16:52

Türkiyənin paytaxtı Ankara şəhərində zəlzələ baş verib.

Modern.az bu barədə NTV-yə istinadən xəbər verir.

Zəlzələ yaxın bölgələrdə də hiss edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu