Modern.az

Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib

Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib

Dünya

16 May 2025, 23:56

Hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasından xaric edilmiş, hazırda Ermənistan Milli Məclisinin müstəqil deputatları Akop Aslanyan və Ovik Ağazaryan baş nazir Nikol Paşinyana qarşı faəliyyətlərini gücləndiriblər.

Modern.az xəbər verir ki, həmin deputatlar xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyanın Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizədliyini irəli sürüblər.

Bu haqda Vahid Milli Sosialist Partiyasının qurucusu Ovik Ağazaryan sosial şəbəkədəki səhifəsində yazıb.

Deputatlar Akop Aslanyan və Ovik Ağazaryan parlamentdə Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağa hazırlaşırlar.

Qeyd edək ki, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan "Parlaq Ermənistan” Partiyasının sədridir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu