Modern.az

Rusiya bu gecə qitələrarası raket buraxacaq - Ukrayna kəşfiyyatı

Rusiya bu gecə qitələrarası raket buraxacaq - Ukrayna kəşfiyyatı

18 May 2025, 21:50

Rusiya bu gecə “Yars” kompleksindən RS-24 qitələrarası ballistik raketini buraxmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

“Məqsəd Ukraynaya, həmçinin AB və NATO-ya üzv dövlətlərə nümayişkaranə təzyiq və hədə-qorxu gəlməkdir”, - məlumatda qeyd olunub.

 

Bildirilib ki, raket Sverdlovsk vilayətinin Svobodnıy yaşayış məntəqəsi yaxınlığından buraxılacaq.

 

Üç pilləli bərk yanacaqla işləyən raketin uçuş məsafəsi 10 min km-dən çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI