Modern.az

Mikrofon prezidentin üzünə dəydi: “Məni qəsdən vurdunuz?” - VİDEO

Mikrofon prezidentin üzünə dəydi: “Məni qəsdən vurdunuz?” - VİDEO

Dünya

19 May 2025, 10:56

Argentinanın C5N telekanalının jurnalistinin mikrofonu ölkə prezidenti Xavyer Mileyin üzünə dəyib.

Modern.az-ın məlumatına görə, Miley jurnalistini ona hücum etməkdə günahlandırıb. 

Argentina prezidenti bildirib ki, müxbir onu qəsdən vurub.

Hadisə Miley seçki məntəqəsindən çıxarkən qeydə alınıb və telekanalın efirində canlı yayımlanıb. 

Jurnalistin hərəkəti Mileyin narazılığına səbəb olub və o, jurnalistə etiraz edərək “Məni qəsdən vurdunuz?” deyə soruşub. 

Qeyd edək ki, mayın 18-də Buenos-Ayresdə yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Mileyin “La Libertad Avanza” partiyası hazırda aşağı palatada yerlərin 15, Senatda isə 10 faizinə sahibdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI