ABŞ-nin sabiq prezidenti Co Bayden xərçəng xəstəliyi ilə bağlı paylaşım edib.
Modern.az-ın məlumatına görə, o, sosial media hesabında həyat yoldaşı Cill Baydenlə birlikdə bu çətin həyat sınağından keçdiklərini qeyd edib.
Bayden insanlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib:
“Xərçəng hamımıza təsir edir. Bir çoxlarınız kimi, Cill və mən də öyrəndik ki, biz ən çox sınanmış yerlərdə daha güclüyük. Sevgi və dəstəyinizlə bizi ayaqda saxladığınız üçün təşəkkür edirik”,- o qeyd edib.
Qeyd edək ki, Co Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyulub.