Dağıstanın cənubunda zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ 4,0 bal gücündə olub.
Zəlzələ ocağı 10 km dərinlikdə, episentri təxminən 600 min insanın yaşadığı Mahaçqaladan 122 km cənub-şərqdə olub.