Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı iki saatdan çox davam edib.
Modern.az xəbər verir ki, bu barədə Putinin özü mətbuatla söhbəti zamanı bildirib.
Rusiya Prezidenti Ağ Evin rəhbəri ilə söhbətin mənalı, səmimi və faydalı olduğunu vurğulayıb.
***
18:55
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.