Modern.az

Putinlə Zelenskinin görüşü üzərində iş gedir

Putinlə Zelenskinin görüşü üzərində iş gedir

24 May 2025, 00:04

Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna XİN başçısı Andriy Sibiha bildirib.

 

“Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik”, – o qeyd edib.

 

Nazir xatırladıb ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər