Modern.az

Afrika ölkələri ilə tərəfdaşlığı yüksək qiymətləndiririk

Afrika ölkələri ilə tərəfdaşlığı yüksək qiymətləndiririk

Dünya

25 May 2025, 23:40

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə Afrika Gününə həsr olunmuş paylaşımında yazıb.

 

"Afrika insan sivilizasiyasına böyük töhfə vermiş bəşəriyyətin beşiyi, müxtəliflikdə birləşmiş və zəngin irsə malik bir qitədir.

 

Bu ilki Afrika Günündə biz Afrika xalqlarına sülh və inkişafa əsaslanan davamlı və dayanıqlı gələcək arzulayırıq.

 

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını və dostluq əlaqələrini yüksək qiymətləndirir", – XİN başçısının müavini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi