Modern.az

Minsk Qrupunun ləğvi ilə bağlı məktub göndərməyə hazırıq - Erməni nazir müavini

Minsk Qrupunun ləğvi ilə bağlı məktub göndərməyə hazırıq - Erməni nazir müavini

26 May 2025, 13:06

"Erməni tərəfinin artıq tam razılaşdırılmış sülh sazişini imzalamağa hazır olduğunu bir daha təsdiqləyə bilərəm. Gecikmələrə gəlincə, bu saziş nə qədər tez imzalansa, təbii ki, biz diqqəti regional əməkdaşlığa, regionumuzun bütün dövlətlərinin və xalqlarının rifahı məsələlərinin həllinə yönəldə biləcəyik". 

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. 

O, iki konkret ilkin şərtdən danışaraq qeyd edib: "Bir müddət əvvəl baş nazir Paşinyan bir daha bəyan etdi ki, ATƏT-in Minsk qrupunun mexanizmlərinə gəldikdə, Ermənistan sülh sazişinin imzalanması ilə paralel olaraq ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk Qrupu mexanizmlərinin ləğvini təklif edən müvafiq məktub göndərməyə hazırdır. Konstitusiya məsələsinə gəlincə, bununla bağlı Ermənistan Respublikasının mövqeyi də təqdim edilib, yəni Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya komissiyalarının iş proseduru ilə bağlı ötən il verdiyi müvafiq qərarda artıq Konstitusiyamız ilə Alma-Ata Bəyannaməsi arasında heç bir konstitusiya maneəsinin və ya ziddiyyətin olmadığını qiymətləndirib. Üstəlik, sülh müqaviləsi aydın təminatlara malikdir və mahiyyət etibarı ilə həm Ermənistan tərəfinin Azərbaycan konstitusiyası ilə bağlı narahatlığını, həm də Azərbaycanın onların da narahatlığına dair verdiyi bəyanatları əhatə edir". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər