Modern.az

Əliyevlə Paşinyan arasında görüş konstruktiv keçib

Əliyevlə Paşinyan arasında görüş konstruktiv keçib

Dünya

26 May 2025, 13:52

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyada keçirilən görüş konstruktiv olub.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan "İrəvan dialoqu" forumu çərçivəsində bildirib.

"Bizim qiymətləndirməmizə görə, görüş kifayət qədər konstruktiv keçdi. Hər iki ölkənin rəhbərləri sülh sazişinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər", - deyə o qeyd edib.

İrəvan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.

Xatırladaq ki, sözügedən görüş mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin VI Sammiti çərçivəsində baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər