Modern.az

Pezeşkian Ermənistana səfər edəcək

Pezeşkian Ermənistana səfər edəcək

Dünya

26 May 2025, 21:39

İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri gözlənilir.

Modern.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə "İrəvan Dialoqu-2025" beynəlxalq forumu çərçivəsində jurnalistlərlə keçirilən brifinqdə bildirib.

"Hal-hazırda dövlət başçısının İrəvana səfərini planlaşdırırıq. İki paytaxt arasında siyasi məsləhətləşmələr aparılır. İqtisadi əməkdaşlıq isə çox yüksək səviyyədədir və yaxın gələcəkdə nəqliyyat üzrə sıfır faiz dərəcəsi tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətli şəkildə artacaq", - deyə Xətibzadə vurğulayıb.

O, səfərin dəqiq tarixini açıqlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi