Modern.az

Hakan Fidan Moskvadan Kiyevə GEDƏCƏK

Hakan Fidan Moskvadan Kiyevə GEDƏCƏK

27 May 2025, 14:16

Hazırda Moskvada olan Türkiyənin xarici işlər naziri Hakan Fidan həftə sonu Kiyevə səfər etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, Reuters agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, XİN rəhbəri Moskvada Ukrayna-Rusiya danışıqlarında Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir.

Xatırladaq ki, Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada ikigünlük səfərdədir. O, mayın 26-da Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər