Modern.az

Ərdoğan məhkəməni uddu - 70 min təzminat alacaq

Ərdoğan məhkəməni uddu - 70 min təzminat alacaq

Dünya

28 May 2025, 08:26

Ankara Hüquq Məhkəməsi müxalif Səadət Partiyasının keçmiş sədri Temel Karamollaoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə 70 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.

 

Modern.az “Anadolu”ya istinadla xəbər verir ki, Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat yayıb.

 

“Təməl Karamollaoğlunun 2024-cü il fevralın 22-də televiziya kanalında Prezidentin guya mərhum “Nəcməddin Ərbakanı həbs etdirməyə və evini polislə mühasirəyə alaraq onu gözdən salmağa çalışdığı” iddiası ilə bağlı məhkəmə prezidentimizin xeyrinə qərar verib”, - vəkil bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər