Modern.az

Rusiyada yeniyetmə dəhşət saçdı: 4 nəfəri öldürdü, özünü də yandırdı

Rusiyada yeniyetmə dəhşət saçdı: 4 nəfəri öldürdü, özünü də yandırdı

Dünya

28 May 2025, 08:35

Rusiyanın İrkutsk vilayətində yeniyetmə bıçaqla dörd həmyaşıdını qətlə yetirib.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Baykalsk şəhərində baş verib.

İstintaqın məlumatına görə, eyni evdə olan yeniyetmələrdən biri digərlərinə bıçaqla hücum edib. Dörd nəfər hadisə yerində ölüb, daha dörd yeniyetmə isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hücum edən şəxs daha sonra evi yandırıb və baş verən yanğın nəticəsində ölüb.

Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər