Modern.az

“Paşinyan iylənmiş siyasi meyitdir” - Deputat

“Paşinyan iylənmiş siyasi meyitdir” - Deputat

Dünya

30 May 2025, 13:24

“Ermənistanın baş naziri Nikol Paşinyan siyasi meyitdir”.

Modern.az xəbər verir ki, bunu müxalifətdən olan deputat, Respublika Partiyasının üzvü Hayk Mamicanyan mayın 30-da parlamentdə ənənəvi brifinqlər zamanı hökumət başçısının erməni apostol kilsəsi bağlı rezonans doğuran bəyanatlarını şərh edərkən bildirib.

"Və o cəsəd vaxtında basdırılmadığından iylənməyə başlayıb. İlk növbədə bu, bizim günahımızdır. Bu siyasi meyitin hələ də götürülməməsində günah bizdədir", - deyə Mamicanyan bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü səhər öz “Facebook” səhifəsində bir neçə yazı yazıb və bununla da dünən kilsələrlə bağlı bəyanatlarının tənqidinə cavab verib.

Bir gün əvvəl Paşinyan hökumətin iclasında respublikadakı bütün kilsələrin zir-zibillə dolu olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər