“İstanbulda aparılan danışıqların cənab Ərdoğanın ev sahibliyi ilə Tramp, Putin və Zelenskinin bir araya gəlməsi ilə nəticələnməsini mümkün hesab edirik”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Hazırda Ukraynada səfərdə olan Hakan Fidan Rusiya-Ukrayna müharibəsi ilə bağlı bunları söyləyib: “Ya bu müharibənin davam etməsinə göz yumacağıq, ya da bu il ərzində daimi sülhə nail olacağıq".
"İstanbulda danışıqlar vacibdir. Biz danışıqlar masasına oturan kimi irəliləyiş mümkün olur. Əsirlərin mübadiləsi oldu, tərəflər atəşkəslə bağlı təkliflər hazırlamaq barədə razılığa gəldilər. Ümid edirəm ki, qarşıdakı danışıqlarda texniki işlər daha böyük ölçüdə tamamlanacaq, bundan sonra biz davamlı atəşkəsə nail olmaq üçün liderlərin sammitindən danışa bilərik. O halda cənab Tayyib Ərdoğan Vladimir Putin, Donald Tramp və Vladimir Zelenskinin iştirakı ilə keçiriləcək sammitə ev sahibliyi etməyə hazır olacaq”,- deyə Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlardan sonra bildirib.