Modern.az

Türkiyədə güclü zəlzələ: insanlar küçələrə axışdı - ÖLƏN VAR

Türkiyədə güclü zəlzələ: insanlar küçələrə axışdı - ÖLƏN VAR

Dünya

3 İyun 2025, 07:14

Aralıq dənizinin Türkiyə sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə qeydə alınıb. Aralıq dənizində baş verən zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir və Antalyada da hiss edilib. İnsanlar küçələrə axışıb.

Muğla şəhərinin valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

Ölən şəxsin 14 yaşlı yeniyetmə olduğu bildirilir.

Bundan əlavə, Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü