Modern.az

Putin-Tramp-Zelenski görüşü hələ mümkün deyil! - Peskov

Putin-Tramp-Zelenski görüşü hələ mümkün deyil! - Peskov

Dünya

3 İyun 2025, 14:44

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında üçtərəfli görüş çətin ki, yaxın gələcəkdə baş tutsun.

Modern.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bu cür təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır.

Kremlin sözçüsü Ağ Evin Trampın belə üçtərəfli görüşə açıq olması barədə bəyanatını şərh edərkən deyib: “Açığını desəm, bu, yaxın gələcəkdə mümkün deyil”.

Peskov xatırladıb ki, Putin dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olması barədə danışıb, bu təmasların texniki səviyyədə, ekspertlər səviyyəsində artıq işlənib hazırlanacaq razılaşmaların nəticəsi olmasının vacibliyini vurğulayıb.

"Buna görə də prezident Putin təmas ideyasını dəstəkləyir, lakin o, hesab edir ki, onlar yaxşı hazırlanmalıdır", - Rusiya liderinin mətbuat katibi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər