ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.
Bundan əvvəl Ağ Ev bildirib ki, liderlər tezliklə tarif sazişi və digər ticarət məsələlərini müzakirə edəcəklər.