İsrail ordusu göyərtəsində Fələstin tərəfdarı olan 12 fəalın, o cümlədən isveçli ətraf mühit fəalı Qreta Tunberqin olduğu "Madeline" gəmisinin Qəzza zolağı sahilinə yaxınlaşmasına icazə verməyib.
Modern.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Nəşrin məlumatına görə, Şərqi Aralıq dənizinə bir həftəyə çatması gözlənilən gəminin Qəzza zolağına yaxınlaşması və ya onun sahillərində dayanması mümkün olmayacaq.
Məsələ ilə bağlı qərarı İsrailin müdafiə naziri İsrael Katz verib.