Modern.az

Tramp aksiyaları yatırmaq üçün 2 min əsgər göndərdi

Tramp aksiyaları yatırmaq üçün 2 min əsgər göndərdi

Dünya

8 İyun 2025, 08:08

ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini oraya göndərib.

 

Modern.az-ın məlumatına görə, Prezident Donald Tramp bununla bağlı memorandum imzalayıb.

 

Prezident Birləşmiş Ştatlar Məcəlləsinin 10-cu maddəsinə əsasən hər hansı üsyanı, məişət zorakılığını, qanunsuz birləşməni və ya sui-qəsdi yatırmaq üçün Milli Qvardiyanı səfərbər etmək səlahiyyətindən istifadə edib.

 

Los-Ancelesin cənub-şərqindəki Paramount bölgəsində qanunsuz miqrantları müdafiə məqsədilə etiraz aksiyaları keçirilir. Bəzi nümayişçilərin Meksika bayrağını qaldırdığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi