Modern.az

Türkiyə hərbçiləri Naxçıvanda

Türkiyə hərbçiləri Naxçıvanda

9 İyun 2025, 20:55

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq” təlimində iştirak etmək üçün Azərbaycana yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.

 

Bildirilir ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.

 

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12–19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək