Rusiya Prezidenti Vladimir Putin 11 uşağı olan ailəyə mikroavtobus hədiyyə edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ailə İnquşetiyada yaşayır.
Məryəm Xamxoyeva və Beslan Boqolovun çoxuşaqlı ailəsinə 14 nəfərlik “Qazel”in açarı verilib.
Ailə bildirib ki, Putin Kremldən videobağlantı vasitəsilə əlaqə saxladıqdan sonra onların çoxdankı arzusunu həyata keçib.