Modern.az

Amerikada vəziyyət gərginləşdi – daha 700 hərbçi göndərildi

Amerikada vəziyyət gərginləşdi – daha 700 hərbçi göndərildi

Dünya

10 İyun 2025, 08:26

Pentaqon Los-Ancelesdəki etiraz aksiyalarında Milli Qvardiyaya kömək etmək üçün əraziyə 700 dəniz piyadası göndərir.

 

Modern.az-ın məlumatına görə, heyət Cənubi Kaliforniya səhrasındakı “Twentynine Palms” bazasından yola düşüb.

 

ABŞ Şimal Komandanlığının açıqlamasına əsasən, dəniz piyadaları yalnız federal əmlakı, şəxsi heyəti, o cümlədən federal immiqrasiya agentlərini qorumaq üçün hadisə yerində 2100 Milli Qvardiya əsgəri ilə birlikdə xidmət aparacaq.

 

Bildirilir ki, dəniz piyadaları və Milli Qvardiya qoşunlarının “Posse Comitatus” Aktına əsasən hüquq-mühafizə vəzifələrini yerinə yetirməsi gözlənilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ