İyun ayında Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
O, tarixin hələlik məlum olmadığını bildirib.
Qeyd edək ki, açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev iştirak edəcəklər. Mərasimdə tikilən mənzillərin açarları vətəndaşlara təqdim ediləcək.