Modern.az

Avstriyada məktəbə atəş açıldı - 8 nəfər ÖLDÜ

Avstriyada məktəbə atəş açıldı - 8 nəfər ÖLDÜ

Dünya

10 İyun 2025, 15:25

Avstriyanın Qrats şəhərindəki məktəbdə silahlı insident nəticəsində səkkiz nəfər həlak olub, 28 nəfər isə yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.

Modern.az xəbər verir ki, şəhər meri Elke Kar hadisə nəticəsində ölənlərdən yeddisinin məktəbli, birinin isə yaşlı insan olduğunu deyib.

Media cinayətkarın şəxsiyyəti barədə müxtəlif məlumatlar verir: bəziləri onun məktəbin şagirdi, digərləri isə məzunu olduğunu yazır. Hüquq-mühafizə orqanları hücum edən şəxsin cəsədini aşkarlayıb. Cinayətin motivləri hələ ki müəyyən edilməyib. Avstriyanın daxili işlər naziri Herhard Karner hadisə yerinə gəlib.

Xatırladaq ki, Avstriyanın Qrats şəhərindəki məktəbə silahlı hücum bu gün səhər saatlarında baş verib.

***

13:42

İyunun 10-da Avstriyanın Qrats şəhərindəki məktəbdə atışma olub.

Modern.az xəbər verir ki, bu barədə Avstriya KİV-ləri, o cümlədən "Kronen Zeitung" və "Heute" nəşrləri məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 8 nəfər həlak olub, məktəbin daha bir neçə şagird və müəllimi ağır yaralanıb.

Hadisə zamanı 30-40 atəş açıldığı bildirilib. Məlumata görə, tələbə olduğu ehtimal edilən hücumçu intihar edib.

Avstriya polisi gimnaziya ərazisində polis əməliyyatının aparıldığını bildirib, lakin əlavə məlumat verməyib. KİV-in məlumatına görə, artıq insanlar məktəbdən təxliyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir