Modern.az

Ailələr niyə uşaq istəmir... - BMT səbəb AÇIQLADI

Ailələr niyə uşaq istəmir... - BMT səbəb AÇIQLADI

Dünya

10 İyun 2025, 21:37

Sünyada müşahidə olunan demoqrafik böhranın əsas səbəbi insanların fərdi seçimləri deyil, iqtisadi və sosial sahələrdə atılmayan adekvat addımlardır.

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən aparılan genişmiqyaslı beynəlxalq araşdırmada qeyd olunub.

Tədqiqat çərçivəsində 5 qitədə yerləşən və dünya əhalisinin üçdəbirinin yaşadığı 14 ölkədə 14 mindən çox insan arasında sorğu keçirilib. Sorğu aparılan ölkələr arasında Nigeriya, Mərakeş, Cənubi Afrika və İndoneziya kimi, bir qadına düşən doğuş sayının əhalinin təbii artımı üçün lazım olan 2,1 səviyyəsini keçdiyi ölkələr də var.

Araşdırma göstərib ki, respondentlərin əksəriyyəti iki və ya daha çox uşağa sahib olmaq istədiklərini bildiriblər. 50 yaşdan yuxarı respondentlərin 31 faizi isə əvvəl istədikləri qədər uşaqlarının olmadığını qeyd ediblər.

Əhalinin doğumla bağlı qərarlarına təsir edən əsas faktorların araşdırıldığı hesabatda respondentlərin 54 faizi iqtisadi problemləri - münasib yaşayış yerinin, işin, uşaq bağçalarına çıxış imkanlarının olmaması və maddi çətinlikləri əsas maneələr kimi göstəriblər. 24 faiz isə sağlamlıq problemlərini və onların həllində çətinlikləri qeyd edib. Nəhayət, 19 faiz müharibələr, iqlim dəyişikliyi və pandemiyalar səbəbindən gələcəkdən qorxduqları üçün övlad sahibi olmaq istəmədiklərini deyiblər.

Hesabat müəllifləri bildirirlər ki, demoqrafik böhranın aradan qaldırılması üçün insanların nə istədiklərini və nəyə ehtiyac duyduqlarını anlamaq vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ