Modern.az

Dərbəndin yeni azərbaycanlı meri KİMDİR...

Dərbəndin yeni azərbaycanlı meri KİMDİR...

Dünya

11 İyun 2025, 08:14

Dağıstanın keçmiş ədliyyə naziri, azərbaycanlı Xanlar Paşabəyov yekdilliklə Dərbənd şəhərinin meri seçilib.

Modern.az şəhər icra hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər şurasının deputatları səsvermənin yekunlarına görə Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər, burada Rasim Qaziəhmədov və Rəsul Hacımusayevin namizədliyinə də baxılıb.

Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.

Aprelin 30-da o, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi meriya kollektivinə təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum