Modern.az

Amerikanı etiraz bürüyüb: Komendant saatı TƏTBİQ EDİLDİ

Amerikanı etiraz bürüyüb: Komendant saatı TƏTBİQ EDİLDİ

Dünya

11 İyun 2025, 08:41

ABŞ-ın Los-Anceles şəhərində İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinə qarşı miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb.

Modern.az-ın məlumatına görə, bu gün təxminən 50 nəfər Vaşinqton ştatının Sietl şəhərinin mərkəzindəki immiqrasiya məhkəməsi qarşısında toplaşaraq idarənin və deportasiyanın dayandırılmasına dair şüarlar səsləndiriblər.

Aksiya dinc şəraitdə keçib və ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları olmayıb.

Los-Ancelesin meri Karen Bass özünün "X" səhifəsində məlumat verib ki, şəhərin bəzi rayonlarında davam edən etirazlar səbəbindən komendant saatı tətbiq edilib. K.Bass şəhər sakinlərini mərkəzi hissədən uzaq durmağa çağırıb və xəbərdarlıq edib ki, komendant saatını pozan şəxslər saxlanılacaq və məsuliyyətə cəlb olunacaqlar.

Sosializm və Azadlıq Partiyasının Ostin bölməsi tərəfindən şəhərdə başqa aksiya təşkil edilib. Yüzlərlə etirazçı Kapitol binası yaxınlığında toplaşaraq İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinin yerləşdiyi federal binaya doğru hərəkət edib. Texas qubernatoru Qreq Ebbot sosial mediada Ostin şəhərində 10-dan çox etirazçının həbs edildiyini yazıb.

Ştatın Dallas şəhərində yüzlərlə nümayişçi bir neçə saat ərzində şəhər körpüsündə mitinq üçün toplaşıb.

Luiziana ştatının Yeni Orleans şəhərində 100-dən çox insan Los-Anceles etirazçıları ilə həmrəylik nümayiş etdirmək və şəhərdəki immiqrasiya reydlərinə etiraz etmək üçün aksiyası keçirib. Həmçinin miqrantların Nyu-York, Çikaqo, Vaşinqton, Atlanta kimi böyük şəhərlərdə aksiyaları planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum